vhpçi-daskesen-hebs

VHP Daşkəsən rayon təşkilatının sədri Nəsimi Qafarov 15 sutka inzibati həbs cəzasına məhkum edilib. Bu barədə partiyanın icra aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

Məlumatda deyilir ki, ötən həftə Ombudsman rayona gələrkən İcra Hakimiyyətinin nümayəndələri onunla görüşmək istəyən vətəndaşları aldadaraq, bir otağa yığıblar və görüşə imkan verməyiblər. Nəsimi Qafarov isə buna öz etirazını bildirdirərək şikayətçilərin görüşə buraxılmasını tələb edib və məsələni mətbuata ötürüb.

Dünən gecə Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq, barəsində saxta iltizam işi açıblar. Məhkəməyə çıxarılan N.Qafarova guya rayon polis şöbəsi rəisinin avtomobilini təhlükəli şəkildə ötdüyü iddiası ilə 15 sutka həbs cəzası verilib. Nəsimi Qafarov polisdə fikiki işgəncələrə məruz qalıb, onu döyüblər. Maşını da əlindən alınıb və geri qaytarılmır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300