Ukraynada 25-ə yaxın azərbaycanlı oğurlanıb və itkin düşüb

Ukraynada son bir neçə ayda naməlum şəxslər tərəfindən 25-ə yaxın azərbaycanlının oğurlanması, yaxud itkin düşməsi halı baş verib.

Onların əksəriyyəti Azərbaycan vətəndaşı, ikisi Gürcüstan, qalanı isə Ukrayna vətəndaşı olan azərbaycanlılardır.

Oğurlananların təhlükəsizliyi ilə bağlı adları açıqlanmır.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev APA -ya bildirib ki, məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunub və bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən hər bir fakt üzrə cinayət işi qaldırılıb: "Biz ölkənin Daxili İşlər Nazirliyi ilə hər gün sıx əlaqədəyik. Məqsədimiz odur ki, cinayət işləri tez zamanda açılsın. Vəziyyət diqqətimizdədir”.

A. Mustafayev onu da bildirib ki, itkin düşmə faktı da olduğu üçün səfirlik adından Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə rəsmi müraciət olunub.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, məsələ ilə bağlı ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX), Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət olunub: "Bu məsələ burada yaşayan azərbaycanlıları ciddi narahat edir. İnsanlarımız oğurlanır, naməlum formada itkin düşürlər. Bununla bağlı UTX-nin diaspor üzrə müvafiq şöbəsində bizimlə görüş də keçiriblər. Əmin ediblər ki, bu arzuolunmaz halın qarşısı alınacaq. Bu həftə səfirliyimizdə məsələ ilə bağlı görüşümüz də olacaq. Biz Azərbaycan icması olaraq, bu məsələdə də sona qədər iradəmizi ortaya qoyub oğurlanan və itkin düşən azərbaycanlıların tapılmasına nail olacağıq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300