"Türkmanların yaşadığı qəsəbələrə edilən hücumlar göstərdi ki, Suriya hakimiyyəti olduqca qəddar və qaniçəndir”
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.
"Suriya hakimiyyətinə daha bir xəbərdarlıq edirik. Tez bir zamanda mülki şəxslərə qarşı edilən hücumları dayandırsın. Biz türkman, kürd və ərəb arasında heç bir fərq qoymuruq. Sərhədlərimizin yaxınlığında baş verən bu qətliamlara göz yuma bilmərik.
Bununla bağlı kəskin iradımızı Rusiya tərəfinə də bildirmişik. Bu məsələni sonuna qədər araşdıracağıq”, – deyə Davudoğlu qeyd edib.