Şəhid Elimdar Səfərovun həyat yolu-REPORTAJ
 
Bu gün Azərbaycan ümumtəhsil ocaqlarında 2015-2016-ci il tədris ilinin yekunu,"Son Zəng" günüdür.Uluyol.info -nun" Şəhidləri hər gün anaq" layihəsi çərçivəsində son aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Elimdar Səfərova həsr edib.Şəhid Elimdar Səfərov haqqında bir neçə dəfə repartajlarımız olmuşdu.Ötən yazılarımızda bitirdiyi məktəbdən repartaj hazırlamışdıq və sinif rəhbəri,sinif yoldaşların danışdırmışdıq.Ötən yazılarımızdan seçmələrlə haqqında məlumat və xatirələri təkrar yayımlayır və əlavəmiz isə "Son Zəng"lə bağlı sinif yoldaşı Mirhüseyn Hüseynova məzun lentində yazdığı təbrik mətnin qeyd edirik.

Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-sı Yardımlı rayonunda  dünyaya göz açıb.1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonuna gəlib,və Aşağı Qaramanlı kəndində məskunlaşmışlar.Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə 1998-ci ildə birinci sinifə getmiş və həmin məktəbi 2009-cü ildə bitirmişdir.Hərbi xidmətə yollanan Səfərov Elimdar xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılmışdır.

Milli Ordunun giziri kimi mühum strateji obyektlərin,yüksəkliklərin araşdırılması,düşmən tərəfində olan silah -sürsat,əsgər sayı və hərbi sirr kimi gizlədilən düşmən ordusunun məlumatların çox peşakarlıqla öyrənmişdir.Xidməti zamanı xeyli fərqlənmə nişanları,təbrik məktubları almışdır.Düşmən tərəfinin aprelin 1-i gecə ordumuzun mövqelərin atəşə tutduğu zaman məhz Səfərov Elimdarın daxil olduğu kəşfiyyat bölüyümüz düşmənin içərilərinə girməyi bacarmış,və bu gün strateji əhəmiyyəti olan yüksəkliklərin alınmasında birbaşa iştirak etmişdir.Döyüş zamanı bir yerdə olduqları hərbiçi dostları Elimdarın döyüş qabiliyyətlərindən,verilən tapşırığı vaxtında yerinə yetirməsini xüsusilə vurğulamışlar.

Elimdar Səfərovun təhsil aldığı Sakit Kərimov adına Qədimkənd orta məktəbinə yollandıq.Burada şəhidimizin sinif rəhbəri olmuş tarix müəllimi Elçin Eybullayevlə görüşdük.Elçin müəllimin Elimdar Səfərov haqqında təsüratların öyrəndik:

 
"Elimdar haqqında danışmaq çətin olduğu qədər qürurvericidir ki,Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda verən belə oğullarımız var.Elimdar şagird kimi müəllim incidən olmayıb.Dərslərində davamiyyətli,sakit şagird olub.Hümanitar fəndlərə bir o qədər marağı yox idi,əsasən idman ,hərbi dərslərinə maraqlı idi.Elə məktəb vaxtı kəndimizdə yerləşən mədəniyyət evində fəaliyyət göstərən Karate məktəbinə gedərdi.Bundan əlavə idmanın bir çox sahələrin mənimsəmişdi.Dərs zamanı 20 yanvar,Xocalı faciəsi,ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən danışanda özünü saxlaya bilmirdi.Yerdən müdaxilə edərdi,elə dərsdən kənarda da bu mövzularda müzakirələr aparardı.Həmişə dediyi o olardi ki,”müəllim,bəs nə vaxt qisas alacıq” bu kimi özünə məxsus xarakterləri ilə yadımdadı.Elimdar qisas eşqi ilə yanan,yaşayan övladlardan idi.Məktəbi bitirən şagirdlər hərbi xidmətə yollanar və əsgərliyi bitirən zaman evlərinə qayıdarlar.Amma Elimdar hərbi sıralarında qalıb,işini,peşəsini Vətənə xidmətdə görən idi.Hərbi xidmətin başa vurduqdan sonra Milli Ordunun giziri vəzifəsində xidmətin davam etdirirdi.Mətbuat nümayəndəsi olaraq ,çox güman ki, aprelin 1-i gecədən başlayaraq erməni hərbi birləşmələrinin qarşısın alarkən məhz Elimdarın iştirak etdiyi kəşfiyyat bölüyümüz haqqında məlumatlısız.Uzun illər qisas eşqi ilə yanan Elimdar məhz həmin gün rəşadət göstərərək ,şəhid olmuşdur.Elimdardan öncə həmin sinifdən Hüseynov Tural Murad oğlu erməni qəsbkarlarının fevralın 21-i 2011-ci ildə açdığı atəş nəticəsində şəhid olmuşdu.Bu gün iki sinif yoldaş eyni qəbiristanlıqda yan-yana məzarları… Elə hislər var ki,onu sözlə ifadə etməyə insan aciz qalır.
 
Tarix müəllimi olaraq Azərbaycanımızın tarixində iz buraxmış şəxsləri tədris edirdiksə,artıq Elimdar və döyüş yoldaşları barəsində məlumat veririk.Bu gün şagirdlər tanıdıqları,gördükləri şəxslərin qəhrəmanlığın eşidəndə Vətənə,torpağa bağlılıqları daha daartır.Milətimizə,elimizə,kəndimizə,Elimdarın ailəsinə baş sağlığı verirəm.Allah bütün şəhidlərimizin ruhun şad eləsin.Başın sağ olsun Vətən!”

Şəhid Sakit Kərimov adına məktəbdə Elimdar Səfərova ayrılmış güşədə məktəblilərin rəsmləri,yazıları bir daha deməyə əsas verir ki,gələcək nəsil Vətən torpaqlarının büütövlüyü uğrunda döyüşməyə hazır olacaq.


Elimdar Səfərovun sinif yoldaşı olmuş Mirhüseyn Hüseynovla söhbətləşdik:

"Elimdarı məktəbə getməmişdən öncədən tanıyırdım.İdmana maraqlı idi.Karateyə gedirdi,hərbi xidməti başa vurduqdan sonra da qayıtmadı,elə Milli Ordunun sıralarına yazıldı.Mübariz İbrahimovdan sonra insanda ruh rüksəkliyi yaradan insanlardan oldu.Mən hərbi xidmət zamanı Mübariz İbrahimovun otağında namaz qılardım.Mübariz namaz əhli idi,şəhid oldu .Elimdar da uzun illər idi ki,dinə sarılmışdı,Allah-Təalanın buyurduğu vacib əməlləri yerinə yetirərdi.Şəhadəta yetişdi.Şəhadəti yatmaqla,oturub gözləməklə olası iş deyil ki,gərəkdir ki,cəhd edəsən.O məqama yetişmək üçün yaşayasan.Elimdar qardaşımızda şəhadət yolunda sarsılmadan,erməni qəsbkarlarınn üzərinə gedərək o uca -şəhid məqamına yetişdi.Döyüş dostları gəlmişdi,Elimdarın o gecə göstərdiyi məharətdən ağız dolusu danışdılar.İdmançı, kəşfiyyat manevrlərinə yiyələnməsi nəticəsində ilk irəliləyən dəstə üzvü kimi şücaət göstərib.Elimdar qardaşımız şəhadətə yetişdi,Allah arzusunda olanlara nəsib etsin”.Yuxarıda qeyd etdiyimiz şəhidimizin dostu,sinif yoldaşı M.Hüseynovun məzun lentindəki təbrik yazılan məzun lentinin fotosun təqdim edirik:

 

Uluyol.info
Tural İntiqam

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300