REAL Hərəkatı "Qanun” Nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı bəyanat verib. 
TİA.AZ-ın məlumatına görə, REAL bəyan edir ki, son iki gündür "Qanun" nəşriyyatında aparılan yoxlamaların səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərinin müsadirəsi ilə bağlı olub.
"REAL bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdi. Flayerlər 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırılması üçün hazırlanmışdı”, deyə bəyanda bildirilib.
Bəyanatda qeyd olunur ki, nəşriyyata bomba qoyulmasına dair elan olunan məlumat həqiqəti əks etdirmir, əslində məqsəd İ.Məmmədovun flayerlərini müsadirə etmək imiş.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300