Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda görülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlının məlumatı dinlənilib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ABŞ səfirinin iğamətgahında keçirilən tədbirdə iştirakı haqqında Divana məlumat verib.

Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıxlı Məclisin komissiyalarının tədbirlər planlaşdırdığını bildirib. Divan məsələni müzakirə edərək komissiyaların keçirəcəyi tədbirlərin qrafikini müəyyən edib. İlk olaraq Məclisin Təhsil Komissiyasının tədbirinin iyunun 18-də keçirilməsi qərarlaşdırılıb.

Divan Avropada yaşayan mühacir müsavatçıların təsis etdiyi Koordinasiya Mərkəzinin Almaniyada rəsmi qeydə alınması haqqında məlumatı təqdir edərək, mühacir müsavatçıların bir təşkilatda birləşməsinin fəaliyyətlərinin daha da səmərəli olması baxımından mühüm hadisə kimi qiymətləndirib.

Divan ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələri geniş müzakirə edib. "Qanun” nəşrlər evinə polis tərəfindən basqın edilərək, "REAL” Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov haqqında hazırlanan çap materiallarının müsadirə olunmasını, hazırda həbsdə olan hərəkat sədrinə qarşı sistemli xarakter alan siyasi basqıların davamı hesab edib və qətiyyətlə pisləyib.

Divan "Meydan TV” saytının əməkdaşları – Həbib Müntəzir və Orxan Məmmədin yaxınlarına qarşı təzyiqlərin, həmçinin "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxınları haqqında verilən məhkəmə qərarını azad sözə qarşı rejimin tətbiq etdiyi "ailə repressiyası” siyasətinin yenidən vüsət alması kimi qiymətləndirib. Divan hakimiyyətdən bu təzyiqlərə dərhal son qoyulmasını tələb edib.

Müsavat Partiyası Məclisinin növbəti sessiyasının iyunun 25-i saat 11.00-da keçirilməsi qərara alınıb.

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300