Emin Millinin qaynı barəsində olan hökmdən apellyasiya şikayəti verib
 
Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
 
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyunun 17-də keçiriləcək. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilməyib və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü (narkotik vasitə saxlama, satma, göndərmə) maddəsindən 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi təyin olunub. Onun cəzası şərti hesablanıb,  2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.
 
N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N. Ağabəyov apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300