Arif Hacılı: ” Avropada yaşayan hər bir müsavatçı bu təşkilatın üzvü olacaq”Xəbər verdiyimiz kimi bu günlərdə Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi Almaniyada rəsmi qeydiyyatdan keçib. Bu qurum Avropada rəsmi olaraq "Musavat Europa AKM” adı altında fəaliyyət göstərəcək. Bu barədə Müsavat başqanı Arif Hacılı da, öz facebook səhifəsində yazıb.

Arif Hacılı yazır:

"Müsavatçıların yaratdığı Müsavat Avropa Koordinasiya Mərkəzi təşkilatı Avropada qeydiyyatdan keçib.

Avropanın bir çox ölkələrində yaşayan müsavatçıları birləşdirən bu təşkilatın qurulması işi xeyli müddət davam edib, yəqin ki, təşkilatlanma işi bundan sonra da davam edəcək. Avropada yaşayan hər bir müsavatçı bu təşkilatın üzvü olacaq.

Bu gün Azərbaycanın inkişafı, ərazi bütövlüyü, firavanlığı uğrunda mübarizə yalnız ölkə daxilində getmir. Bu mübarizəni aparmaq üçün qloballaşan dünyanın hər yerində, o cümlədən Avropada da geniş imkanlar var.
Əminəm ki, AKM bu imkanlardan yararlanaraq Azərbaycanın inkişaf tarixinə öz möhürünü vuran təşkilatlardan biri olacaq.

AKM in rəsmi qetdiyyatdan keçməsi münasibəti ilə bu təşkilatın üzvlərini, bütün müsavatçıları, Azərbaycanın azad gələcəyi barədə düşünən hər kəsi təbrik edirəm.”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300