AXCP Ali Məclisinin sədri Həsən Kərimov bu gün vəfat edib. Partiyadan aldığımız xəbərdə deyilir ki, Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum noyabrın 21-də Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov 12 ünvanından saat 13:00-da son mənzilə yola salınacaq.
Xatırladaq ki, Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.
ULUYOL.İNFO