Müsavatçıların qurduğu təşkilat Avropada qeydə alındıBu günlərdə Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi Almaniyada rəsmi qeydiyyatdan keçib. Bu qurum Avropada rəsmi olaraq "Musavat Europa AKM” adı altında fəaliyyət göstərəcək.  Mərkəzin fəaliyyəti və gələcək planları barədə "Basta”nın suallarını AKM İdarə Heyətinin üzvü Əhməd Dadaşov cavablandırıb:

– Yaratdığımız Mərkəzin Avropada qeydə alınması Azərbaycanın və Müsavat Partiyasının tarixində önəmli bir hadisədir. Bu uğur münasibətlə bütün müsavatçıları, demokratik düşüncəli vətəndaşlarımızı təbrik edirəm. Mərkəz bir müddət öncə  yaradılmışdı və qeydiyyata alınması üçün Almaniya hökumətinə müraciət ünvanlamışdıq. Bununla yanaşı, qeydiyyata alınana kimi biz fəaliyyətimizə başlamışdıq. Mərkəzi yaratmaqda əsas məqsədimiz Avropa ölkələrində yaşayan müsavatçıları, eləcə də demokratik fikirli digər soydaşlarımızı bir araya gətirmək, Azərbaycandakı demokratik proseslərə dəstək verməkdir. Biz Azərbaycanın demokratik ölkələr siyahısına salınması üçün əzmlə mübarizə aparacağıq. Mərkəzin rəsmi qeydiyyatdan keçməsi imkanlarımızı daha da genişləndirir. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Avropada yaşayan müsavatçıların Mərkəzdə qeydiyyatda durmaları və birgə fəaliyyət göstərmələri şərtdir.

– Əhməd bəy, gələcək planlarınız nədən ibarətdir, mərkəzi genişləndirmək üçün hansı addımları atmağı düşünürsünüz?

– Hazırda bizim Almaniyanın 6 əyalətində Koordinasiya mərkəzlərimiz var.  Eləcə də İsveçrə, Hollandiya, Fransa və digər Avropa ölkələrində də bu cür mərkəzlər fəaliyyət göstərir. Hələlik təşkilat tam təşkilatlanmayıb. Yaxın gələcəkdə Müsavat AKM-nin qurultayını keçirib daha güclü təşkilatmağı, bütün Avropa ölkələrini əhatə etməyi düşünürük. Koordinasiya Mərkəzinin rəhbəri hər kəsin yaxşı tanıdığı, əqidəli müsavatçı İlham Həsəndir. Hesab edirəm ki, onun Avropadakı nüfuzu təşkilatlanmağımıza təkan verəcəkdir.  Gələcək məqsədimiz Avropaya inteqrasiya etmək, Müsavatı siyasi dairələrdə tanıtmaq, Avropadakı siyasi partiyalarla əməkdaşlıq etməkdir. Hesab edirik ki, bu yolla biz Azərbaycanın problemlərini Avropa ölkələrinə çatdıra bilər, ölkəmizin demokratikləşməsi yolunda dəstək qazana bilərik. Bu gün Qarabağ problemi ilə bağlı Avropa məlumatlandırılma zəif təşkil olunub. Təəssüf ki, Azərbaycan hakimiyyətinin nəzarətində olan diaspora təşkilatları bu həqiqətləri dünyaya çatdırmaq üçün ciddi addımlar atmaq  yerinə, Əliyev hakimiyyətinin lobbiçiliyi ilə məşğuldular. Biz Qarabağla bağlı həqiqətləri Avropada təbliğ etmək, lazımı dairələri məlumatlandırmaqla bağlı bütün səylərimiİ ortaya qoyacağıq.

Bu  və digər vacib işlərdə mühacir müsavatcıların aktiv olmaları cox önəmlidir. Hakimiyyət demokratik fikirli insanların Avropada toparlanmasından çox ehtiyatlanır və bunun qarşısını almaq üçün əlindən gələni edir. Hesab edirəm ki Müsavat AKM-nin yaranması, rəsmi qeydiyyatdan keçməsi  hakimiyyətin bu planını alt üst edəcək və biz demokratik fikirli siydaşlarımızı öz ətrafımıza toplaya  biləcəyik.

– Yeri gəlmişkən, İlham Əliyevin Almaniyaya bu günlərdə etdiyi səfər zamanı bir qrup azərbaycanlı mühacir Azərbaycan hakimiyyətini dəstəkləyən aksiya keçirdi….

– Bizim aldığımız ilkin informasiyalara görə həmin şəxslər müəyyən məbləğ qarşılığında bu aksiyaya çıxarılıblar. Biz aksiyanın təşkilatçıları və iştirakçıları ilə bağlı araşdırmaları davam etdiririk. Aksiyada iştirak edənlərin əksəriyyəti Azərbaycandakı diktator rejimin, İlham Əliyenin əlindən qaçaraq gəldiyini elan edib Almaniyadan siyasi sığınacaq alasanlardır. Nə dəyişib ki, indi Almaniyada İlham Əliyevi dəstəkləyən aksiya keçirirlər? Biz bu cür insanların ifşa olunması üçün əlimizdən gələni edəcəyik. Faktlar toplandıqdan sonra həmin şəxslərin mühacir statuslarının ləğv edilməsi üçün Almaniya hökumətinə müraciət edəcəyik. İlham Əliyev yaxşıdırsa, qoy gedib Azərbaycanda yaşasınlar. Bir daha qeyd etmək istəyirəm ki, hakimiyyət Müsavatın Avropada təşkilatlanmasından çox narahatdır. Ona görə də partiyanı Avropada ləkələmək, gözdən salmaq üçün üçün öz əlaltıları vasitəsi ilə son vaxtlar çirkin və yalan informasiyalar yaymaqda davam edirlər. Onlar bu məqsədlərinə çatmayacaqlar.

Kamran, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300