akarimli-2014

AXCP sədri Əli Kərimli SOCAR-ın hazırda Fransada keçirilən futbol üzrə Avropa Çempionatına sponsorluq etməsinə münasibət bildirib. AXCP lideri feysbuk səhifəsində yazıb:

"Günəşli” yatağındakı yanğın zamanı həlak olmuş neftçilərin ailələrinə vəd etdiyi kompensasiyanı verməyən SOCAR-ın nə haqqı var ki, futbol üzrə Avropa Çempionatına sponsorluq etsin? Məgər SOCAR Rövnəq Abdullayevin və şirkətdə ətrafına yığdığı qohum-əqrəbasının şəxsi şirkətidir ki, ağıllarına gələni etsinlər? SOCAR dövlət şirkətidir. Onun idarə etdiyi sərvət bizim hamımızındır. SOCAR sponsorluq etməsə, Avropa çempionatını keçirə bilməyəcək? Təkcə bu çempionatın keçirilməsindən 2 milyard avro qazanacaq Fransanın SOCAR-ın neftçi ailələrindən kəsdiyi pula ehtiyacı var? SOCAR niyə oturub 8 milyard dollarlıq xarici borcunun, ötən ili 1 milyard manat ziyanla başa vurmağının dərdini çəkmir? Məsələ aydındır, bizlər vətəndaş olaraq öz haqlarımıza sahib çıxıb, hər bir korrupsionerdən məsuliyyət tələb edənə qədər bu talançılıq davam edəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300