CİA rəhbəri Səudiyyə Ərəbistanının 11 sentyabr hadisələrilə əlaqəsini istisna edir
 
ABŞ-ın CİA Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri John Brennan hesab edir ki, 11 sentyabr terror aktları ilə bağlı Konqresin birgə hesabatından çıxarılmış məxfi məlumatların dərc edilməsi terrorçuların Səudiyyə Ərəbistanı ilə güman edilən əlaqəsi barədə şübhələrə son qoyacaq.

2002-ci ildə həmin hesabatdan 28 səhifənin çıxarılıb onlara məxfilik statusunun verilməsi, çoxusu Səudiyyə Ərəbistanından olan hücum edənlərin ölkə rəsmilərinin dəstəyindən faydalandığı barədə söz-söhbətlərə əsas vermişdi.

Bəzi amerikalılar Səudiyyə Ərəbistanına qarşı məhkəmə iddiasının qaldırılmasında təkid edirlər.

Həmin amerikalıların məqsədi 11 sentyabr hücumları nəticəsində onlara dəymiş zərərin ödənilməsinə nail olmaqdır.

Lakin CİA başçısı iddia edib ki, hesabatın tam mətni Səudiyyə höküməti və ya ayrı-ayrı hökümət üzvlərilə terrorçular arasında heç bir əlaqənin olmadığını təsdiqləyir.

Gözlənildiyinə görə, hesabatın tam mətnini dərc etmək barədə qərar bu il qəbul oluna bilər(BBC).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300