İsgəndər Həmidov Qubanın indiki icra başçısını necə xilas etdi? – YENİLƏNİB

 

Yaşar Məmmədovla bağlı ötən yazıda araşdırmanı davam etdirəcəyimizi qeyd etmişdik. Məlumatlı mənbə Bizimxeber.az-a bildirib ki, Yaşar Məmmədov 1992-ci ildə Qaradağ rayonunda Cinayət-axtarış şöbəsinin rəisi işləyərkən onun kabinetində ölüm hadisəsi baş verib. Daha doğrusu, müvəqqəti saxlanılan şəxs dünyasını dəyişib.

Vəziyyətdən çıxmaq üçün AMİP-in rəhbər şəxslərindən biri o zamankı daxili işlər naziri İsgəndər Həmidovdan xahiş etməli olub. Və beləcə Yaşar Məmmədov canını həbsdən qurtarmalı olub.

Sonralar isə Yaşar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun ətəyindən möhkəm yapışaraq icra başçısı vəzifəsinə təyin olunub.

***

Quba Rayon İcra Hakimiyyətinin saytında icra başçısı Məmmədov Yaşar Qəhrəman oğlunun tərcümeyi-halı ilə bağlı aşağıdakılar qeyd olunub: "14 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. SSRİ Daxili İşlər Nazirliyi Minsk Ali Məktəbini bitirib. İxtisasca hüquqşünasdır. 1974-cü ildə Azərbaycan SSR Avtomobil Nazirliyinin Sənaye Müəssisələr İdarəsinin "Avtodetal” zavodunda əmək fəaliyyətinə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1977-2010-cu illərdə Azərbaycan SSR və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili işlər orqanlarında milis nəfəri, müdavim, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış bölməsinin rəisi, polis bölməsinin rəisi, polis şöbəsinin rəis müavini, polis şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib”.

Maraqlıdır ki, Yaşar Məmmədovun 1977-2010-ci illərdə konkret olaraq harada çalışdığı deyil, ümumi şəklidə DİO-da işlədiyi qeyd olunmur.

Niyə..?

Bizimxeber.az-a daxil olan məlumata görə, 1992-ci ildə Yaşar Məmmədov Qaradağ Polis Şöbəsində işləyərkən onunla bağlı AMİP-in rəhbərlərindən biri yüksək rütbəli məmurlardan çox mühüm xahiş edib. Əslində onu xilas edib. Bu xahişlə bağlı materiallar sonradan MTN-in keçmiş şefi Eldar Mahmudovun əlinə necə keçdi?

Məlumat üçün bildirək ki,  Yaşar Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qohumdur.

Araşdırmamız davam edir.


Bizimxeber.az
Ədil Hüseynli

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300