Zamirə Hacıyevanın həbsi xəbəri təsdiqləndi
 
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib 

Bu haqda "Basta”ya məlumat verən etibarlı mənbə bildirib ki, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.

Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Xatırladaq ki, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev onunla birlikdə tutulan generallaardan fərqli olaraq, öz hüquqlarını fəal müdafiə edirdi.

Müşahidəçilərin qənaətinə görə, Cahangir Hacıyevin həyat yoldaşının həbsi onun susdurulmasına hesablanıb.

İnformasiyanı yayan sayt daha sonra Z.Hacıyevanın həbsi barədə məhkəmə qərarının surətini də yazıya əlavə edib.
Zamirə Hacıyevanın həbsi xəbəri təsdiqləndi
Zamirə Hacıyevanın həbsi xəbəri təsdiqləndi
Zamirə Hacıyevanın həbsi xəbəri təsdiqləndi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300