Müsavat Partiyası Məclis üzvü Valeh Hümmətoğlu Azərbaycan Gəncliyinə müraciət etdiMüsavat Partiyası Məclis üzvü,Milli Azadlıq Hərəkatının fəalı,Qarabağ döyüşçüsü Valeh Hümmətoğlu Azərbaycan Gəncliyinə müraciət ünvanladı.Uluyol.info olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

"Mənim yaşım 60-ı keçib. Əgər mən hərakatda , müxalifət partiyasının üzvü olmasaydım, indi ölkəmizin bu ağır vaxtında belə kimsə məni təbliği ilə inandırıb müxalifətçi edə, ədalətli cəmiyyət uğrunda mübarizə qoşa və ya hansısa müxalifət partiyasına üzv olmağıma nail ola bilməzdi. Məhz buna görə yaşı 55-60- keçmiş insanları bu mübarizəyə qoşmaq çətindi, hətta mümkün deyil. Amma mən bu mübarizədəyəm və Müsavat Partiyasının üzvüyəm. Buna səbəb mənim gənc yaşlarımdan Xalq hərakatına qoşulmağım və siyasi partiyada təmsil olunmağımdı.

Ona görə mən Azərbaycan gəncliyinə müraciət edirəm.

Sizin atalarınız, babalarınız vaxtında bu mübarizəyə qoşulmadılar. Odur ki sizlər bu ədalətsiz, torpağı və sərvəti yağmalanmış ölkədə hüquqsuz və ağır şərtlər altında yaşayırsınız. Odur ki, istəyirsinizsə, sizin övladlarınız ədalətli və firavan cəmiyyətdə yaşasın, nə qədər gəncsiniz, qoşulun seçdiyiniz, mübarizəsini bəyəndiyiniz siyasi partiyalara. (Üzv olmaq məsələsini sonrada, qərara gələndən sonra həll edə bilərsiniz) Tədbirlərində, yığıncaqlarında iştirak edin. Qısa müddətdən sonra necə mübariz, siyasi cəhətdən yetgin, hadisələrə necə obyektiv münasibət bəslədiyinizin şahidi olacaqsınız.Nə qədər gəncsiniz fürsəti əldən qaçırmayın. 
Bu vətən Hamımızındı"
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300