Sona Əliyeva digər həmkarlarından fərqli olaraq sosial şəbəkələrdə mənası kimsəyə məlum olmayan «MA MA MA» adından istifadə edir 

Azərbaycanda hər cür qəribəliklərə rast gəlmək mümkündür. Hələ ötən günlərdə yazmışdıq ki, siyasi arenamızda olanların xüsusi ayamaları, ləqəbləri var. Bəzilərinə «Badımcan», bəzilərinə «Ördək», bəzilərinə də bir başqa ad qoyublar. Amma onların heç biri bu ayamalardan istifadə etməyib, hətta edənlərə də qınaqla yanaşıblar. 

Deputatlar arasında ayama və ya ləqəb sahiblərinin varlığı və ya yoxluğu barədə elə də müfəssəl məlumat yoxdur. Bilinən odur ki, Milli Məclisdə əyləşən 125 deputatın demək olar ki, hamısının sosial şəbəkələrdə hesabları var. Xüsusən də, Facebookda həddindən artıq aktiv deputatlarımız var ki, onlar arasında Qənirə Paşayeva, Aydın Mirzəzadə və ya Fazil Mustafanı göstərə bilərik. Demək olar ki, bu millət vəkilləri öz fəaliyyətləri barədə mütəmadi olaraq məlumatları məhz sosial şəbəkələr vasitəsiylə yayımlayırlar. 

Lakin deputatlarımızdan biri bir qədər qeyri-adi yol seçib. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir ki, Şəmkirdən mandat sahibi olmuş millət vəkili Sona Əliyeva hamıdan fərqlənmək üçün Facebookdakı hesabına elə bir ad seçib ki, mənasını belə başa düşmək çətindir. Həmin profilin skrin-şotundan da aydın görünür ki, Sona Əliyeva Facebookda profilinə «MA MA MA» adını qoyub. Bunun nə məna daşıdığı, hansı məqsəd güddüyü kimsəyə məlum deyil. 

Göndərilən fotolardan birində isə Sona Əliyevanın montaj edilmiş şəkili diqqəti çəkir. Həmin fotoda deputatın gözünə fotoşop vasitəsi ilə eynək yerləşdirilib. Ki, bunu da məlumatı göndərən şəxs belə izah etməyə çalışıb ki, guya, millət vəkili özünü Prezident İlham Əliyevə bənzətməyə çalışıb və bununla da dövlət başçısını ələ salmaq istəyib. Hətta məktub göndərən şəxs onu da iddia edib ki, Sona Əliyeva işçilərinin yanında dövlət başçısını məsxərəyə qoymaqdan da çəkinmir. 

Etiraf edək ki, sonuncu məlumatın həqiqət olmasına bizim də şübhəmiz var. Ən azından ona görə ki, Sona Əliyeva buna cəsarət etməz. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 
Deputat Facebookdakı profilinə əcaib ad qoyub
Deputat Facebookdakı profilinə əcaib ad qoyub
Deputat Facebookdakı profilinə əcaib ad qoyubUluyol.info
Deputat Facebookdakı profilinə əcaib ad qoyub
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300