Rəşad Ələkbərov: "Mövcud hakimiyyətin demokratik seçki keçiriməsini gözləmək sadəlövhlük olardı"Demokratik İnteqrasiya Assosiasiyası  sədr müavini  Rəşad Ələkbərov: Bu gün mövcud hakimiyyətin demorkatik seçki keçiriməsini gözləmək sadəlövhlük olardı.

 

- Azərbaycanda seçki sonrası vəziyyəti necə qiymətləndirirsiniz?

 

- Düşünürəm ki, seçki bitsə də, seçki öncəsi məsələlər hələ də problem olaraq qalmaqdadır. Artıq hökuməti tənqid edən fərdlərə və qruplara qarşı seçki sonrası təzyiqlərin işarələrini görürük. Ölkədə insan haqlarının vəziyyəti narahatlıq doğurur. Rəsmilər xüsusilə toplaşma və ifadə kimi fundamental azadlıqlara qarşı presedentsiz təzyiqlərdə iştirak edir. Müstəqil seçki müşahidəçilərinə, tənqidi qəzetlərə qarşı başlayan proseslər seçki sonrası basqıların tez bir zamanda qızışacağına işarədir.

- Cəmiyyətdə, xüsusilə də gənclər arasında siyasi aktivliyin artdığını hiss edirsiniz?


- Hesab edirəm ki, gənclər arasında aktivlik nisbətən çoxalıb. Amma xalqın iradəsinə hörmət olunmayanda bu, insanları ruhdan salır. Buna baxmayaraq  bəzi insanlar artıq  qarşıdan gələn prezident seçkiləri barədə düşünür və bu da gənclərin yenidən seçki prosesinə qoşulmasına imkan yaradır.


- Azərbaycanda hakimiyyətin dinc yolla dəyişilməsi mümkündür?

 

- Seçkilərdən öncə müxalifət fəaliyyətlərinin Azərbaycan qanunları, Azərbaycan Konstitusiyası çərçivəsində olacağını bildirmişdi. Başqa yolla dəyişikliyin marağında olan yoxdur. Ancaq islahatların indi həyata keçirilməsi çox vacibdir. İlbəil vəziyyət pisləşir, prezident gündən-günə gücünü artırır, ölkə demokratik öhdəliklərinə əməl etmir – bunlar ölkədə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Ölkədə müsbət dəyişiklik qaçılmazdır. Ölkədə ciddi seçki inamsızlığı var..

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300