Qadınlar həyatın bütün sahələrində əzildiyindən valideynlər qız uşağı istəmirlər.


 

10 iyun 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində Xaçmaz rayonunda növbəti tədbirini keçirmişdir.


Maarifləndirmə tədbiri Xaçmaz rayonu "Turizm və İnformasiya Mərkəzi”ndə təşkil edilmişdir. Tədbirdə tibb işçiləri, sosial işçilər, müəllimələr, məktəb psixoloqları və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak etmişlər. 30 nəfər xanımın iştirak etdiyi tədbir iki saatdan artıq davam etmişdir.

13414079_1050453455020110_193559984_n


Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi. M.Vəzir ümümiyyətlə qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirdi. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi. Xüsusilə məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğuladı.


IMG_4659


Tədbir yenə də iştirakçıların xüsusi fəallığıyla keçdi. Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi. Qeyd olundu ki, yalnız qanunla bu tipli məsələlərin həll edilməsi mümkün deyil.

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar. Xüsusi olaraq Xaçmaz rayonunda da bu cür tədbirlərdə kişilərin də iştirakının zəruri olması vurğulandı.

 

 

 

 

Qadın Problemlərinin Tədqiqatları

Mərkəzi İctimai Birliyinin Mətbuat Xidməti

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300