Zərdabın icra başçısı şəhid ailəsinin hasarını sökdürdü
 
Zərdab RİH-nin başçısı Lütvəli Babayev şəhid ailəsinin hasarını qanunsuz adı ilə söküb. 

Bu barədə sosial şəbəkədə məlumat verən Coşqun Zərdabi adlı istifadəçinin statusunu nəzərinizə çatdırırıq: "Bu gün Zərdab RİH-nin bascisi Lutvəli müəllim şəhid Əhmədov Əlimərdan Əli oğlunun evini söküb. Şəhid ailəsinə diqqət belə olmalidir? Cox sağ olun, bunu bizə oyrətdiyiniz ücün. Lütvəli müəllim, şəhid Əlimərdan səndən, məndən ötrü şəhid olub. Allahdan qorx, şəhidin ruhuyla oynama”. Şəhid Əhmədov Əlimərdan Əli oğlu 8 may 1994-cü ildə cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
 
Bolge.info xəbər verir ki, 2 həftədən artıqdır RİH-nin başçısı L.Babayev rayondakı bina evlərinin həyətindəki hasarlanmış əraziləri, qarajları, hamam və digər artırılmış tikililəri sökdürür. Sakinlərin narazılığına səbəb olan məqam isə söküntü işləri zamanı ayrı-seçkiliyə yol verilməsidir. Belə ki, bəzi imkanlı şəxslərin tikililərinə "sənədləri qaydasındadır” adı ilə toxunulmayıb. Halbuki "nümunəvi məhəllə”də bu cür tikililərin sənədləşdirilməsi mümkünsüzdür.
 
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300