Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənovun ləğv olunmuş nazirliklə birgə əməkdaşlığına dair ilginc məlumatlar ortaya çıxıb

Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Balakişi oğlu Həsənovla MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri və onların Səhiyyə sistemində birgə fəaliyyətləri aşkarlanıb. Qeyd edək ki, Tehran Babatov keçmiş MTN-də sabiq nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassası idi və hər ay yüz minlərlə manat pul şəxsi heyyətdən toplanaraq onun vastəsi ilə nazirə ötürülürdü. Sən demə, Asiman Həsənovun özəl Səhiyyə sektorunda və eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsi səbəbsiz deyilmiş.

Tehran Babatovdan "babat” dəstək alan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla, həm yerli, həm də əcnəbi həkimləri istismar edirmiş. Sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Bütün bunlarla yanaşı, Səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya nazir postuna təyin olunacağı barədə vəd də alıbmış. Bu arzularına qovuşa bilməyən Asiman Həsənov sakit şəkildə gözləmə mövqeyindədir. Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir. Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir.

Eyni zamanda, Asiman Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur.

Asiman Həsənov üçün ən vacib məsələ nəyin bahasına olursa olsun, xəstələrdən pul qoparılmalı və savadlı kadrlar zərərsizləşdirilməlidir. Hətta belə məlumatlarda var ki, Asiman Həsənov öz inhisarına ala bilmədiyi həkimlər barədə qara piar apararaq onu gözdən salır və barəsində xoş olmayan məlumatlar yaydırır. Son günlər Grand Hospitalda, Medical Plazada və Lor Hospitalda baş verən hadisələr bu söylənilənlərin sübutudur. 

Məlumatlarda vurğulanır ki, Tehran Babatovun göstərişi ilə Grand Hospitala gətirilmiş Təranə Mahmudova adlı heç bir savadı olmayan qadınla «dostlaşan» Asiman Həsənov bu qadının vasitəsi ilə nəzarətində olan klinikalarda çalışan gözəl xanımları «oyununa» qatır. 

Sosial şəbəkədə yayılmış bu məlumatla bağlı yazıda adı çəkilən Asiman Həsənovun da mövqeyi öyrənilib. «Boş şeylərə fikir vermirik və sizin də dəyərli vaxtınızı belə şeylərə hədər verməyinizi tövsiyyə etmirəm. Qismət olarsa, nə zamansa işlərimizlə tanış olarsınız və o zaman qiymət verərsiniz».

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300