İyunun 11-də yazıçı Zümrüd Yağmurun yeni çapdan çıxmış "Ölkə adı: 22” romanının təqdimat mərasimi olacaq. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçiriləcək tədbir saat 13.00-da başlayacaq.
Təqdimat mərasimində ölkənin tanınmış ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərinin iştirakı gözlənilir. Media nümayəndələri tədbirə dəvətlidir.