İsrail Fələstinə qoşun göndərir

 

Hazırda böləgədə daimi olaraq 10 mindən çox hərbçi xidmət edir 


 

İsrail ordusu Tel-Əvivdə baş verən terror hadisəsindən sonra İordan çayının qərb sahillərinə yüzlərlə canlı qüvvə göndərir. ANS PRESS-in məlumatına görə, bu barədə ordu mətbuat xidmətindən bildirilib. 

"İordan çayının qərb sahillərində hərbi varlığımızı gücləndirmək barədə qərar qəbul olunub. Gün ərzində bölgəyə iki batalyonun göndəriləcəyi gözlənilir",- deyə ordudan məlumat verilib.

Hərbi ekspertlər göndəriləcək canlı qüvvənin sayının 700-800 arasında olduğunu və hazırda böləgədə daimi olaraq 10 mindən çox hərçinin xidmət etdiyini vurğulayıb.

İsrail müdafiə ordusu terror hücumu barədə məlumat alan kimi çox qərarlı və tez hərəkət etdi. "Biz bütün lazımı tədbirləri görürük. İndi detallar və təfsilatlatlar barədə  danışmağın vaxtı deyil. Biz vəziyyəti dəyişəcəyik", - deyə İsrail müdafiə naziri Aviqdor Liberman öz "Facebook" səhifəsində bildirib.

İsrailin bu addımı Tel-Əvivdə baş verən terror hadisələrinə cavab olaraq atdığı deyilir.

 İsrailin Təl-Əviv şəhərində ötən gün silahlı insident olub. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır dəyərləndirilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300