Obama prezident seçkilərində kimi dəstəklədiyini açıqladı
 
ABŞ prezidenti Barak Obama prezident seçkilərində rəsmi olaraq Hillari Klintonu dəstəkləyib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Klintonun seçkiqabağı qərargahının  "Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.
 
"Prezident Obama Hillarini dəstəkləyərək deyib: "Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun””, - deyə məlumatda bildirilib.   
 
Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.   
 
Bundan əvvəl namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla birgə mübarizə aparmağı planlaşdırdığını bildirib. 
 
Qeyd edək ki, Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300