terrorcu

Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib.

Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib.

O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: "Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300