İsrail hökuməti Ramazan ayında 83 min fələstinlinin ölkəyə girişinə icazəni dayandırıb, İsrail müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib. Qərara görə Qəza və Qərb Sahilində yaşayan fələstinlilərə İsraildəki yaxınlarını ziyarət etmək, Qüdsdəki dini mərasimlərdə iştirak etmək və Tel-Əviv hava limanından tranzit kimi istifadə etmək qadağandır. Məlumata görə fələstinlilərə gediş-gəliş üçün yalnız humanitar və tibbi məqsədlər üçün icazə veriləcək.
Son məlumata görə atışma nəticəsində dörd nəfər ölüb, 16 nəfər isə yaralanıb. (BBC azeri)