Emil Rahiloğlu: "Günahlarımızın bağışlanmasını, ibadətlərimizin qəbul olmasını istəyiriksə, ilk olaraq valideynləri razı salmalıyıq”

İslam dinində valideynə itaət Allahdan sonra insanlar üçün ən üstün dəyər  hesab olunur. Bu barədə Qurani-Kərimdə də kifayət qədər ayələr mövcuddur. Lakin məsələnin nəzərə çarpan digər tərəfləri  bundan ibarətdir ki, mübarək Ramazan ayında valideyn haqlarına daha çox diqqətli olmağa bir çağırış var. İstər müqəddəs ay başlamazdan  öncə, istərsə də Qədr gecələrindən əvvəl ata və anadan hallalıq almaq, onların qəlbini ovundurmaq ciddi şəkildə təkid olunur..

 

Bəs görəsən insanın taleyini və həyatı müqəddaratını həll edən mübarək Ramazan ayında valideyn haqlarına bu dərəcədə diqqət çəkilməsinin səbəbi nədir?

 

 "İslaminSesi" mövzunu ilahiyyatçı alim Emil Rahiloğlu ilə müzakirə edib. İlahiyyatçı öncə saytımızın kollektivini, İslam dininin maarifi üçün  zəhmət çəkənləri və müsəlmanları bu böyük rəhmət ayının gəlişi münasibəti ilə təbrik edib. Uca Allahdan bu ayda bağışlanmaq diləyib.  Emil Rahiloğlu bildirib ki, müraciət olunan mövzu nəinki bu mübarək ayda, hətta bütün zamanlarda daha çox diqqət və əməl olunası bir məsələdir: "Allahın Rəsulundan günümüzə gəlib çatan hədisdə İslam Peyğəmbəri valideyn haqqı barədə suala belə cavab verir: "Birkişirəsulallahdan(s) soruşdu : " Valideyinin övlad üzərində haqqı nədən ibarətdir?Peyğəmbər(s)buyurdu : " Onlar sənin cənnətin ve cəhənmindir ".  Allahın rəsulu (s) insan ömrünün xülasəsini öz mübarək kəlamında qeyd etmişdir. Valideyn haqqı insanın müqəddəratını təyin edir. Kimsə buna qarşı laqeyd olarsa, sözün əsl mənasında özünə və axirətinə qarşı biganəlik edər. Kimsə gecələri namaz qılıb, gündüzləri oruc tutsa, amma bu müqəddəs haqqa dəyər verməsə və valideynləri ondan narazı qalsa, demək ki, İlahi mərtəbədə həmin şəxs  gecələri oyaq, gündüzləri isə ac qalmış hesab olunacaqdır.

 

İlahiyyatçının sözlərinə görə, hər bir tədbirin və münasibətin öz mövzusu olmaqla yanaşı formatı da fərqlidir:  "Biz toya daxil olduğumuz əhval-ruhiyyə ilə yasa və digər tədbirlərə daxil olmuruq. Çünki  uşaqlardan fərqli olaraq ağıl və təcrübə vasitəsi ilə harada necə rəftar edəcəyimizdən xəbərdarıq.

Yaxud xeyrimiz üçün çalışan və əlindən gələni əsirgəməyən  dostumuz bizi barəsində elə də ciddi məlumatımız olmayan bir şəhərə dəvət edir. Artıq qabaqcadan həm özümüzə, həm də dostumuza ünvanladığımız suallar başlayır. Ora necə yerdir, insanları necədir, mən daha çox necə rəftar etsəm  orada daha da naliyyətlər əldə edə bilərəm? Özümlə geyim nə götürüm? Şəhərə giriş vizası varmı və sair. Amma biri də var ki, həmin dostumuz bizi şəhərə dəvət etməklə, yaranacaq bütün suallara cavab məktubu yollamaqla yanaşı, şəhərin bizim üçün daha faydalı olması səbəbindən  zəruri mövzulara da toxunur. Bizim bu mübarək Ramazan barəsində və bu ayda baş verəcək önəmli hadisələr haqqında sadəcə tanışlığımız mövcuddur. Həmçinin bu tanışlıq bizim ağıl və təcrübəmiz sayəsində deyil, əksinə ayə və hədislər vasitəsi ilədir. Bildiyimiz kimi bu ayda Allah-taala insanı öz mənəvi süfrəsinə dəvət edir. Bu ayın hər bir saniyəsini digər aylardan fərqli olduğunu qeyd edir. Həmçinin insanları bu aydan daha çox  yararlanmağa dəvət etməklə yanaşı, onlara müqəddəratlarının məhz Ramazanda yazıldığını söyləyir”.

 

Emil Rahiloğlu qeyd edib ki, bu aydan daha səmərəli istifadə edərək, günahlarımızın bağışlanmasını, ibadətlərimizin qəbul olmasını istəyiriksə, ilk olaraq valideynləri razı salmalıyıq: "Çünki bunu bizə Alllah əmr edir. Əks halda bu ziyafətdə çağırılmamış qonaq kimi olacağıq. İnsan şakir olmağının sübutu olaraq onu dünyaya gətirən valideynlərin haqqını əda etməli, onları razı salmalı və daha sonra əsl şükür sahibinə tərəf üz tutmalıdır. Valideynin haqqına əməl etmək, İlahi haqqın müqəddiməsidir. Bunu uca yaradanımız bizdən bu şəkildə tələb edir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300