Son dönəmlər Azərbaycan siyasətində bütün dönəmlərin ən uğursuz cəhdi olan AXCP-ni "özəlləşdirmək”, partiyanı bu dəfə də Razi Nurullayevə təslim etmək cəhdi artıq məntiqi sonuna yaxınlaşmaqdadır.

24saat.org saytının özəl mənbələrdən əldə etdiyi informasiyaya görə, bu günlərdə AXCP adına iddialı olan Razi Nurullayevə hakimiyyət tərəfindən heç kimsənin qəbul etməyəcəyi təklif edilib. Belə ki, sabiq AXCP üzvünə partiyanı parçalamağı tapşıranlar indi də ona başına yığdığı adamlarla birlikdə formalaşdırdığı təşkilata Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyası (YAXCP) adını seçməyi tövsiyyə ediblər.

Nurullayevin həmin tövsiyyəyə mənfi cavab verməyə cəsarət edəcəyi isə inandırıcı görünmür.

Başqa sözlə, Qüdrət Həsənquliyevdən sonra Nurullayevin də fiaskosuna şahidlik edən YAP hakimiyyəti AXCP-ni ələ keçirmək planından bu dəfə də əl çəkməli olub.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300