Əlillər icra başçısından prezidentə şikayət ünvanladılar

Qarabağ veteranları: "Başçıının bu hərəkətlərinin yerli əhaliyə qarşı bəslənilən kin və küdurətdən irəli gəlindiyinin qənaətindəyik. Bunun səbəbi yalnız iki şeydən ola bilər, o ya həddindən artıq varlanmışdır, ya da artıq Dövlətimizin Qanunları onun üçün əhəmiyyətsiz bir yazıya çevrilmişdir”.



Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili tərəfindən ölkə prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə Qarabağ müharibəsi veteranları və əlilləri Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev cənablarının birbaşa tapşırığına əsasən Neftçala şəhər H.Cavid adına Mədəniyyət və İstirahət parkında işləyən Qarabağ şəhidinin qızı Babayeva Sevinc Qəhrəman qızının ərizəsi alınaraq işdən azad edilməsindən narahatlıqlarını dilə gətirib və həmçinin İsmayıl Vəliyevin bu hərəkətlərinin yerli əhaliyə qarşı bəslənilən kin və küdurətdən irəli gələn bir addım olduğu qənaətindədirlər.

  Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili tərəfindən ölkə prezidenti İlham Əliyevə göndərdiyi müraciəti olduğu kimi oxuğuculara təqdim edir.

"Azərbaycan Respublikasinin Prezidenti İ.Əliyev cənablarina, 
Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi 
veteranları tərəfindən

M Ü R A C İ Ə T.

Çox hörmətli Dövlət Başçımız!



Bu yaxınlarda Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev cənablarının birbaşa tapşırığına əsasən Neftçala şəhər H.Cavid adına Mədəniyyət və İstirahət parkında işləyən Qarabağ şəhidinin qızı Babayeva Sevinc Qəhrəman qızının ərizəsi alınaraq işdən azad edilməlidir. Bu Sevinc balamızın heç bir günahı olmadan,işində qüsur tapılmadan onun işdən azad edilməsini heç cür anlaya bilmirik və onun işdən azad olunmasını şəxsən hər birimizə qarşı edilən təhqir və hörmətsizlik kimi qiymətləndiririk. Biz ümumiyyətlə son zamanlarda İcra Hakimiyyəti başçısının yerli əhaliyə qarşı (sahibkarlara, iş adamlarına, Qarabağ şəhidlərinə və s.) etdiyi yersiz və diktatorluq hərəkətlərini heç cür başa düşə bilmirik. Başçıının bu hərəkətlərinin yerli əhaliyə qarşı bəslənilən kin və küdurətdən irəli gəlindiyinin qənaətindəyik. Bunun səbəbi yalnız iki şeydən ola bilər, o ya həddindən artıq varlanmışdır, ya da artıq Dövlətimizin Qanunları onun üçün əhəmiyyətsiz bir yazıya çevrilmişdir.

Möhtərəm Prezidentimiz!

Sizin apardığınız ölkədaxili siyasət bizləri qane edir və biz sizə bu sahədə hər cürə kömək etməyə hazırıq. Sizin Ali Baş Komandan kimi əmrinizə daima müntəzirik. Biz Vətən, Dövlət uğurunda vuruşmuşuq və vuruşmağa hazırıq.Amma bu gün İcra Başçımızın bizim balalarımıza qarşı tutduğu mövqe bizi qane etmir.Biz sizdən cox xahiş edirik ki,şəhid balamız Sevincin kiminsə qərəzli mövqeyi üzündən işdən azad edilməsinin qarşısına sədd çəkəsiniz.

Hörmətlə Qarabağ qaziləri…
 
(biziməsr)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300