turkiye parlament

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi millət vəkili toxunulmazlığının ləğvi haqqında qanunu təsdiqləyib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında bildirilir.

Qeyd edək ki, qanun Türkiyə parlamenti tərəfindən mayda qəbul olunub. Qeyd edək ki, Türkiyədə prokurorluq orqanları tərəfindən, əksəriyyəti kürdyönümlü Xalqların Demokratiya Partiyası (HDP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan 138 millət vəkili barəsində cinayət işi başlanıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdi. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. (APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300