Serj Sarkisyan azərbaycanlı milyarderin restoranında Azərbaycan mahnısına oynadı
 
Rusiya KİV-i  xəbər verir ki, erməni milyarder Samvel Karapetyan böyük oğlu Sərkisə təntənəli toy edib.

 
Toy mərasimi Moskvada əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan "Safisa” restoranında baş tutub.

 
Toya dəvət olunanlar arasında Andrey Malaxov, Tanya Qevorkyan, Alla Puqaçova, Vera Brejneva kimi məşhurlar olub. Hər zaman azərbaycanlılardan nəsə bir mədəni irsi oğurlamağı qənimət bilən ermənilər bu dəfə də toyda Üzeyir Hacıbəyovun "O olmasın bu olsun” operattasının musiqisini qonaqlara erməni mahnısı kimi təqdim ediblər.

 
Ermənistan prezidenti də dəvət olunan qonaqlar arasında olub.

 
"Safisa” restoranı faktiki olaraq Azərbaycan dövlətinin mülkiyyəti sayılır. Məsələ bundadır ki, onun sahibi, iflas etmiş oliqarx Telman İsmayılovun Azərbaycan Beynəlxalq Bankının Moskva Filialına külli miqdarda borcu olduğu üçün 2015-ci ildə Moskva Arbitraj məhkəməsi bu restorana həbs qoyub.(Ölkə.Az)
 
 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300