Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən ölkədə orucluq 7 iyunda başladı. Lakin bəzi inanclı insanlar artıq ötən gündən oruc tutmağa başlayıblar. Onlar bunu onunla izah edirlər ki, QMİ İran təqvimi ilə fətva verir.

Dindar siyasətçi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

Onun sözlərinə görə, QMİ-nin qərarı siyasi motivlərə söykənir.

"Bu, siyasi addımdır. Açıq şəkildə Türkiyəni Azərbaycandan ayırmaq üçün verilən bir fətvadır. Buna görə də, dini ayinlərin icrasında ikitirəlik yaradırlar. İki xalqın ən müqəddəs ayinlərinin fərqli-fərqli vaxtlarda icra etməsinə şərait yaratmağa çalışırlar. Mən dünəndən oruc tutmuşam”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Quranda yalnız oruc tutmaq buyurulub.

"Quranda bu barədə yazılıb. Daha mollaların fətvasına ehtiyac yoxdur”.

İlahiyyatçı Elşad Miri də hesab edir ki, QMİ müsəlman dünyasını deyil, İranın dini xəttini əlində bayraq edir.

Onun fikrincə, QMİ sədri Allahşükür Paşazadə İranın ali dini lideri Seyid Əli Xamneyini təqlid etməklə məşğuldur.

"Bütün İslam dünyası eyni vaxtda orucluğa başladığı təqdirdə, İran başqa bir vaxt seçir. Təəssüf ki, bununla da Ramazan ayının mahiyyəti bir kənarda qalır. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı tarix insanlar arasında da çaşqınlıq yaradır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300