Yaxın Şərq ölkələri silah idxalını artırıblar.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Qardian” qəzeti yayıb. Qəzet 2013-cü ilin göstəricilərinə əsaslanaraq, bölgəyə silah tədarükünün 342 milyon dollardan 630 milyon dollara qədər artdığını bildirib. Silah idxalı sahəsində regional liderlər Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya və İsrail hesab edilir. Ümumi dünya üzrə silah idxalı siyahısına isə ABŞ, Kanada və Almaniya rəhbərlik edir. Dünyada silah idxalının 42%-i məhz Amerikanın payına düşür.

 

Qəzet həmçinin 2013-cü ildə ABŞ-ın silah satışı sahəsində liderlik etdiyini bildirib. Həmin il Vaşinqton 1,1 milyardlıq silah satıb. Ondan sonrakı yerləri isə İtaliya (644 milyon dollar) və Almaniya (557 milyon dollar) tutub. Məhz bu ölkələrin hesabına dünya silah ixracının 40%-i düşüb. Bundan sonrakı yerləri isə Braziliya, Avstriya, Cənubi Koreya, Türkiyə, Rusiya, Yaponiya, İspaniya, Çexiya, İsrail, Belçika, Xorvatiya, Çin və İsveçrə tutub.

 

Qeyd edək ki, silah ixracı sahəsində Türkiyə ilk onluğa düşən yeganə islam dövlətidir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300