ABŞ və bəzi Avropa ölkələrində aparılan rüşvət təhqiqatı Azərbaycanın ən iri mobil rabitə operatorunun ləğvi ilə nəticələnə bilər.

Virtualaz.org xəbər verir ki, bu haqda "Bloomberg” agentliyi bildirir.

Agentliyə məlumat verən mənbələr deyiblər ki, "Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edən İsveç-Finlandiya telekommunikasiya nəhəngi TeliaSonera neçə vaxtdır üzləşdiyi korrupsiya ittihamlarına görə keçmiş sovet respublikalarındakı, o cümlədən Azərbaycandakı aktivlərini satmağa çalışır.

Lakin ABŞ-da TeliaSonera şirkətinin Özbəkistan və Azərbaycandakı biznesi ilə bağlı aparılan təhqiqat aktivlərin satışına dair danışıqların ləngiməsinin əsas səbəbidir. Xatırladaq ki, TeliaSonera-nın "Azərcell”dəki payını almağa Türkiyənin "Turkcell” şirkəti maraq göstərir. Hazırda "Türkcell” TeliaSonera ilə birlikdə Fintur Holding offşor şirkəti üzərindən "Azərcell”in səhmlərinin 59 faizinə nəzarət edir.

Lakin "Turkcell” və onun vəkilləri narahatdır ki, ABŞ-da davam edən korrupsiya təhqiqatına görə "Azərcell”in satışından əldə edilən vəsaitə həbs qoyula bilər. Habelə onlar "Azərcell”in lisenziyasının uzadılmayacağından narahatdır. Lisenziyanın müddəti ilin sonunda başa çatır.

Bu yaxınlarda İsveç prokurorluğu elan edib ki, TeliaSonera-nın Azərbaycandakı biznes fəaliyyəti zamanı rüşvət verildiyinə dair iddialar üzrə təhqiqatı dayandırır. Çünki rüşvətin verildiyini təsdiq edən sübutlar tapmaq mümkün olmayıb. Bununla belə "Turkcell”in vəkilləri "Azərcell”in səhmlərinin alınmasını riskli hesab edirlər və bu məsələni danışıqlarla həll etməyəçalışırlar. Lakin əsas risk ABŞ və digər ölkələrdə hələ davam edən təhqiqatlar və "Azercell”in lisenziyasının uzadılmayacağına dair məlumatlardır.

ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Piter Karr məsələni şərh etməkdən imtina edib. TeliaSonera-nın nümayəndəsi Henrik Vestman isə deyib ki, aktivləri almağa Turkcell-lə yanaşı digər iddiaçılar da var, lakin o, əlavə şərh verməkdən imtina edib. "Azərcell”in rəsmisi də agentliyə məsələ ilə bağlı şərh verməyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300