Gənc fəala qarşı təzyiqlər davam edirGənc fəal Rizvan Kərimov 2011-ci ildən bu günə qədər dəfələrlə təqib və təzyiqlərə məruz qalmışdır.
 
Eyni zamanda Rizvan Kərimov ictimai asayişi pozmamasına baxmayaraq, qanunsuz olaraq 19.06.2011-ci il tarixində həbs və 500(beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bu azmış kimi ona 15(on beş) gün müddətində inzibati həbs cəzası verilmişdir.
Rizvan Kərimovu bu üsullarla müxalif fikirlərindən ayırmaq mümkün olmadığını örən hakimiyyət nümayəndələri onu yenidən heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq şərləyərək 17.11.2012-ci il tarixində yenidən həbs etmiş və barəsində yenidən həbs qəti imkanı verərək onu 2000(iki min) manat məbləğində cərimə və 30(otuz) sutkalıq həbs cəzası vermişlər. Son dönəmlər isə gənc siyasi fəala bir çox təhdid dolu zənglər gəlmişdir. Zəng edən şəxslər ona bu yoldan dönməzsə yenidən həbs ediləcəyi, ailəsinə qarşı xoşagəlməz hallar olacağı kimi təhdidlər ediblər. Özünün və ailəsinin həyati təhlükəsizlikləri olmadığı üçün Rizvan Kərimov Avropaya sığınmağa məcbur olmuşdur. Bütün bunlar azmış kimi Rizvanın ölkəni tərk etməsindən xəbər tutmuş olan bir qrup mülki şəxslər məhkəmə qərarı olmadan onun Xaçmaz şəhərindəki evinə basqın etmiş və orda olan bir neçə sənədi özləri ilə aparmışlar. Atası Bəhram bəyə qarşı kobud rəftar edildiyinə və təhdid olunduğuna görə yaşlı kişi psixoloji zərbələrdən dolayı yataq xəstəsi halına düşmüşdür və həkim yoxlanışı zamanı onda yüksək dərəcəli "şəkərli diabet" xəstəliyi aşkar edilmişdir.
Mövzu diqqətimizdədir. Bizi izləyin...
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300