Hər kəsin fikir söyləmək haqqına və təşəbbüsünə sayğılı münasibətim olsa da bəzən mətbuatda qeyri-obyektiv fikirlərin səslənməsinə ötəri yanaşmaq olmur. Bu "fikirlərin” Azərbaycan tarixinin çox önəmli məqamları ilə bağlı olduğunu oxuyanda isə cavab verməmək qeyri-mümkündür.Bu cavabı da ona görə yazıram ki, insanların bilgiləri yanlış istiqamətə yönəlməsin, tariximizin ən şərəfli dövrü olan Azərbaycan Xalq Cümhuriyyəti və onun görkəmli şəxsiyyətləri haqqında obyektiv məlumatlara sahib olsunlar.Bu mənada hazırda ABŞ-da yaşayan Azərbaycan Milli Məclisinin keçmiş sədri Rəsul Quliyevin bəzi açıqlamalarını cavablandırıram.Cənab R.Quliyev aşıqlamalarında bildirib ki,”M.Ə.Rəsulzadənin İstiqlal Bəyannaməsindən məlumatı olmayıb, onun imzası yoxdur,o Tiflisdə deyildi,28 min kvadrat metrlik ərazimizi veriblər və s”.

Əvvəla bildirirəm ki, kimin nə yazmasından və söyləməsindən asılı olmayaraq M.Ə.Rəsulzadə Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqudur, müsəlman Sərqində ilk demokratik dövlətin banisidir.Bu tarixə əbədi həkk olunmuş bir mövqedir və onu 70 illik sovet rejimi unutdurmaq gücündə olmadısa ayrı-ayrı fərdlərin etməsi də qeyri-mümkündür. 1918-ci ilin may ayında baş verən hadisələr isə həqiqətən mürəkkəb idi.Bu proseslərdə M.Ə.Rəsulzadə ciddi bir şəxsiyyət olaraq görünməkdədir.Onun bu dövrdə Zaqafqaziya

Seymində fəaliyyəti(Seymdə Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi vardı və Seymin müsəlman fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə idi), osmanlı Türkiyəsi ilə aparılan danışıqlarda iştirakı,Trabzon və Batum konfranslarında çalışmaları ciddi tarixi hadisələrdir.O, burada Osmanlı Türkiyəsi ilə sülh danışıqlarında iştirak edirdi.Qeyd edim ki, istər M.Ə.Rəsulzadə,istərsə də onun silahdaşları ilk öncə Zaqafqaziya istiqlalı uğrunda mücadilə edirdilər.Rusiyanın təsirindən azad olmaq, müstəqilliyə nail olmaq asan məsələ deyildi.Bu proseslərdə isə Almaniyanın,Türkiyənin və İngiltərənin öz maraqları vardı.Seymin Azərbaycan nümayəndələri üçün ən ağrılı problemlərdən biri də Bakı məsələsi idi ki, bu haqda bir qədər sonra bigilər verəcəyəm.

Tarixi faktlar sübut edir ki, İstiqlal məsələsi (istər azərbaycanlıların, istərsə də gürcülərin) Tiflisdə yox, Batumda həll edilirdi.May ayının 11-dən Zaqafqaziya Seyminin nümayəndələri Batumda keçirilən konfransda iştirak edirdilər və Azərbaycan nümayəndə heyətinin tərkibində M.Ə.Rəsulzadə də vardı..Zaqafqaziya Seyminin dağılması isə məhz Batum danışıqlarında məlum oldu.M.Ə.Rəsulzadə yazırdı:”Batum müzakiratı uzun sürmüş,gürcülər artıq Zaqafqasiya hökumətində qalmağı kəndi hesablarına zərərli görərək əl altından Almaniya ilə anlaşmışlardı”.Mayın 25 –də isə Zaqafqaziya Seymi nümayəndə heyətinin rəhbəri Noy Jordaniya Batumu tərk edərək Tiflisə qayıtdı.M.Ə.Rəsulzadə gürcülərin istiqlal elan etmək fikirləni bilirdi.İstər gürcülərin, istərsə də azərbaycanlıların ayrılması və istiqlala sahib olması,istiqlal bəyannaməsinin hazırlanması məhz Batumda reallaşdı.Niyə M.Ə.Rəsulzadə Batumda qaldı, N.Yusifbəylini isə mayın 25-də təcili Tiflisə göndərdi?N.Yusifbəyli Tiflisdə Seymdə olan müsəlman fraksiyasını toplayıb M.Ə.Rəsulzadənin məktubunu onlara oxumuş və "İstiqlal Bəyannaməsi”nin mətni ilə onları tanış etmişdi.

Azərbaycan Milli Şurasının yaradılması və Azərbaycan istiqlallının elanı mayın 26-da Seymin müsəlman fraksiyasında ilk olaraq müzakirə edilib.M.Ə.Rəsulzadənin İstiqlal Bəyannaməsinin müəllifliyini sübut edən isə elə onun 1929-cu ildə "Odlu Yurd” jurnalındakı məqaləsidir.O,”Bu günün ilhamı” məqaləsində yazırdı:”İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi...Böyük Fransız ixtilalı,Böyük Amerika istiqlal hərbi,Böyük Almaniya istixlası,Böyük İtalyan ittihadı kimi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət,Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının(lazımı şeylər) Azərbaycan xüsusiyyatətilə imtizac(uyğunluq) etdiyini göstərən bir vəsiqədir”.Göründüyü kimi M.Ə.Rəsulzadə burada Bəyannamənin müəllifi kimi orda yazılanların haradan qaynaqlandığını da bildirir.Bu onun müəllifliyinə sübut deyilmi? İndi cənab R.Quliyev məlumatsız olduğu məsələ haqqında məsuliyyətsiz münasibəb bildirir ki, "Rəsulzadənin imzası orada yoxdur”.M.Ə.Rəsulzadəni və onun əməl dostlarını imza yox,Azərbaycanın taleyi maraqlandırırdı.

Və M.Ə.Rəsulzadə isə türklərlə ikitərəfli danışıqlar aparmaq üçün Batumda qaldı.Məhz onun apardığı uğurlu danışıqlar tezliklə bəhrəsini verdi və Osmanlı Türkiyəsi ilə imzalanan müqavilə əsasında "Qafqaz İslam Ordusu” Nuru paşanın komandanlığı altında Bakını azad etdilər.Mən hələ demirəm ki, o zaman heç biz Bakıya da sahib çıxa bilmirdik və 10 000-minə qədər silahlı erməni ordusu Gəncəyə qədər olan ərazilərimizi nəzarətdə saxlayırdı.M.Ə.Rəsulzadə və silahdaşlarından "İrəvan” tələb edənlər unudur ki, heç Bakıya bizim daxil olmağımıza imkan vermirdilər. Ermənilərin və rusların məqsədi Bakını "azad şəhər” elan edib Azərbaycanın nəzarətindən çıxarmaq idi. İndi M.Ə.Rəsulzadənin Batumda qalıb bu problemi həll etməsi vacib idi, yoxsa Tiflisə gedib hazırladığı İstiqlal Bəyannaməsinin altından imza qoyması? Hansı vacib idi Rəsul müəllim? Və Sizi sonda Rəsulzadəyə qısqancıq hissi ilə yanaşdığınızdan böyük mütəffəkkir Üzeyir Hacıbəylinin sözləri ilə tanış edirəm:”Müstəqil dövlətin yaranması çətinliklə əmələ gəldi.Bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdılıb,minlərlə xanimanlarımız xaraba qoyulmuşdu”.

Bir də Rəsul müəllimə xatırladıram ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.(moderator.az)

Nəsiman Yaqublu, 
Məmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300