Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Mətin Külünk 1904-1097-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.

 

ANS xəbər verir ki, M.Külünk qlobal güclərin Türkiyəni təslim etmək istədiklərini, bunun üçün isə "erməni məsələsi”ndən istifadə etdiklərini deyib.

 

Külünk soyqırımın ana vətəninin Avropa olduğuna işarə edərək bildirib ki, tarixçilər soyqırımın necə həyata keçirildiyini öyrənmək istəyirlərsə, Norveç, Almaniya, İngiltərəyə baxsınlar.

 

"Bosniya və Herseqovinada 1990-cı illərdə baş verənlərə baxmalıdırlar. Əgər bu ölkələrin tarixləri araşdırılsa, soyqırım mədəniyyətinin Avropada meydana gəldiyi, inkişaf etdiyi və həyata keçirildiyi açıq-aşkar görünür. Çünki Avropa mədəniyyətinin mərkəzində insanlığı olduğu kimi qəbul etmək deyil, özünə bənzətmək dayanır”, - Külünk bildirib.

 

Almanların 1900-cü illərin əvvəllərində Afrikada yerləşən Nambiya dövlətindəki yerli xalqa qarşı soyqırım törətdiyini diqqətə çatdıran Külünk bildirib ki, həmin soyqırım zamanı 75 min insan qətlə yetirilib.

 

"Almanların 1990-cü illərin əvvəllərində bölgəni ələ keçirmək cəhdlərinə qarşı çıxan yerli xalqın ¾-ü yox edildi. Bu kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcəm", - Külünk bildirib.


Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.

 

Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini «erməni soyqırımı» kimi tanımasına cavab kimi qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, 2004-cü ildə Almaniya Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300