rus-telebeler

"Hazırda ali məktəblərdə tədris ilini başa vurduğu halda, təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var”.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə deyib ki, I kursdan sonra tələbələr illik ödənişi birdən yox, hissə-hissə verirlər. Onun sözlərinə görə, Təhsil Nazirliyi də universitetlərə tövsiyə edib ki, tələbələr ödənişi semestr üzrə etsinlər.

S. Gözəlov qeyd edib ki, buna baxmayaraq, bəzən tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər: "Universitetlər onları bir neçə imtahana şərti olaraq buraxır ki, imtahanları versinlər. Lakin təhsil haqqı tədris ilində ondan tələb olunacaq”.

Sektor müdiri əlavə edib ki, bu il üçün kreditlər yalnız bakalavrlara aid edilir, gələcəkdə sistem magistr və doktorantura pilləsində təhsil alanlara də tətbiq olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, 10 universitetin təsisçisi olduğu pilot layihə gələcəkdə daha da genişlənəcək. Onun sözlərinə görə, tələbələr gələcəkdə təkcə təhsil kreditləri deyil, yaşayışla bağlı kreditlər, müxtəlif iş-tədris şəraitini yaxşılaşdırmaq, digər ləvazimatların alınması üçün kreditlərdən də yararlana biləcəklər: "Hazırda bu layihə yalnız 10 universitetin tələbələrinə şamil edilir. Gələcəkdə təşəbbüsə digər universitetlər qoşulduqda onların da aztəminatlı ailələrdən olan tələbələri bu cür kreditləri almaq imkanı olacaq”.

MTKF icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, pilot layihə olduğundan gələcəkdə konkret hansı işlərin görüləcəyini indidən demək çətindir: "Gələcəkdə tələbələrə yaşayış krediti vermək üçün Fondun maliyyə vəsaiti olmalıdır. Çünki tələbəyə yataqxana və ya kirayə ev üçün vəsait ayrılmalıdır. Növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir”. (APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300