Dünyada boksun əfsanəsi kimi tarixə düşən Məhəmməd Əli 74 yaşında vəfat edib. Məhəmməd Əli rinqdə təkrarolunmaz döyüşləri ilə yanaşı məntiqli çıxışları ilə də yadda qalmağı bacarıb. 

Amerikanın ən məşhur müsəlmanı olan Məhəmməd Əli ötən ilin sonunda ABŞ-da prezident seçkilərində mübarizəyə qoşulan və islamofobiya ilə özünə reytinq qazanan iş adamı Donald Trampı 132 sözdən ibarət bəyanatı ilə "nokauta” salmışdı.

Trampın müsəlmanların ABŞ-a gəlməsini qadağan etməsi haqda çıxışına münasibət bildirən Məhəmməd Əli çəkinmədən milyarderə tutarlı cavab verərək, onu susdurmağı bacarmışdı.

"Mən müsəlmanam. Paris, San-Bernardino və ya dünyanın başqa bir yerində günahsız insanların öldürülməsinin İslama heç bir aidyyatı yoxdur. Əsl müsəlmanlar bilirlər ki, özlərini cihadçılar adlandıran şəxslərin törətdiyi zorakılıqlar bizim dinimizin prinsiplərinə ziddir. Biz müsəlmanlar olaraq İslamdan öz şəxsi maraqları üçün istifadə edən şəxslərə qarşı çıxmalıyıq. Onlar bir çoxlarını İslamı öyrənməkdən çəkindiriblər. Əsl müsəlmanlar bilirlər və bilməlidirlər ki, İslamı başqasına zorla qəbul etdirmək bizim dinimizə ziddir. Heç vaxt siyasi sifarişdə ittiham olunmayan biri kimi hesab edirəm ki, bizim siyasi liderlərimiz öz statuslarından istifadə edərək İslam dini haqqında cəmiyyətdə fikir formalaşdırmalıdır. Yolunu azmış cinayətkarlar isə əsl İslamı təhrif edirlər”.(azvision)
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300