Qarabağın separatçı rejiminə qarşı ictimai-siyasi aksiya keçirilib. 

 

Bu gün Ermənistan və qondarma DQR rəhbərliyini tənqid edən və 2-5 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn "İjo” kod adlı general Samvel Babayan Xankəndinə gəlib. 

 

Onu 1000 nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Daha sonra Samvel Babayanın tərəfdarları qondarma rejimin əldəqayırma "prezidenti” iqamətgahı ətrafına toplanıb və Bako Saakyanla görüş tələb ediblər. 

 

Onlar Samvel Babayanın Qarabağ separatçılarının qanunsuz silahlı birləşməsinin komandanı təyn edilməsini tələb ediblər. Samvel Babayanın tərəfdarlandan Xanumyan adlı biri "Kavkazskiy uzel" əməkdaşına deyib ki, mitinqçilər Babayanın silahlı qruplaşmanın rəhbəri gətirilməsini tələb edirlər, Susanna adlı başqa bir mitinqçi əlavə edib:

 

- Çünki Dağlıq Qarabağ rəhbərliyi və komandanlığı öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil, bu səbəbdən aprel müharibəsi gedişində ərazilər verilb... Beş ildir bu prezident bizi inandırırdı ki, biz güvəndəyik, lakin sonda bunun yalan olduğu üzə çıxdı. Biz tələb edirik ki, xalqıın aldadılmasına son qoyulsun, on xəttə təkcə sadə adamlar yox, məmurlar və onların övladları da getsinlər...

   
Düşmənin işğalı altında olan ərazilərdə etiraz aksiyalarının başlaması 2-5 aprel döyüşlərinin bilavasitə ən mühüm nəticələrindən biridir. Ermənistandan gələn xəbərlər göstərir ki, təkcə işğal altındakı ərazilərdə deyil, bütövlükdə təcavüzkar ölkədə hərbi-siyasi böhran əlamətləri müşahidə olunur. (musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300