Hindistanda qul kimi işlədilən 100-dən çox uşaq köləlikdən xilas edilib
 
Hindistanın qərbindəki Qudcarat ştatında keramika məhsulları istehsal edən fabrikdə qul kimi işlədilən yaşı 14-dək olan 100-dən çox uşaq köləlikdən xilas edilib. "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu haqda polisə fabrikdə baş verənləri müşahidə etmiş tələbə hüquq-mühafizə orqanlarına xəbər verib.

Morbi şəhərindəki qohumlarına qonaq gəlmiş tələbə Hindistanın bütün keramik məhsulların təxminən 80 faizinin istehsal olunduğu kimi "Sonaki Keramik" fabrikinin qarşısında içində məktəblilərə bənzəməyən uşaqların olduğu avtobusu görüb.

O, bu prosesi bir neçə gün ardıcıl izləyib və tətildə işə düzəltmək bəhanəsi ilə fabrikə daxil olub. Tələbə fabrikin sexlərində ağır şəraitdə çalışmağa məcbur edilmiş çoxlu sayda uşağı görüb.

"Onlar səhər saat 8-dan axşam saat 6-dək qızmar sobanın ətrafında işləməyə məcbur edilirdilər. Uşaqlara işçi zonadan kənara çıxmağa icazə verilmirdi. Onlara hətta içmək üçün soyuq su da vermirdilər", - deyə tələbə bildirib.

Tələbə müvafiq qurumlara bu haqda məlumat vermək qərarına gəlib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fabrikdə qul kimi işlədilən 14 yaşdan 8 yaşadək olan 11 oğlan və 100 qız köləlikdən xilas edilib. 

Fabrik rəhbərliyinə qarşı cinayət işi qaldırılıb və uşaqların valideynlərinin ifadələri alınır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300