1974-cü il oktyabrın 30-da Zairdə Məhəmməd Əli ilə Corc Formanın tarixi döyüşü baş tutur.

 

Axar.az xəbər verir ki, həmin vaxta qədər 44 qarşılaşmanın 40-nı nokautla qazanan Forman 7-ci raunda qədər Əliyə bir çox zərbələr endirir. Lakin 8-ci raundda Məhəmməd Əlinin məşqçisi Bundini ona aşağıdakı tarixi sözləri deyir və bununla da Əli rəqibini nokauta salaraq qalib gəlir.

 

Məşqçisinin Məhəmməd Əliyə dediyi sözləri təqdim edirik:

 

"Rəqs et, çempion, kimsəsiz uşaqlar üçün rəqs et. Uşaqların naminə vur yumruqlarını. Kirayə haqlarını ödəyə bilməyən işsizlər üçün rəqs et. Bu alçağın işini bitir.

 

Şərab evlərindəki sərxoşlar üçün rəqs et, çempion, xərçəngdən ölən yoxsul xəstələr üçün, səfil məhkumlar üçün, hər kəsin tərk etdiyi narkomanlar üçün, ərləri olmayan gənc hamilə qızlar üçün...

 

Rəqs et, çempion, onlar üçün döyüş!

 

Bu alçağın işini bitir, çənəsini qır. Fiziki qüsurlular üçün, maaşlarını ala bilməyən yaşlılar üçün, küçədə müştəri gözləyən yaşlı və yorğun fahişələr üçün...

 

Təmizlik işçiləri üçün vur yumruqlarını: hava limanlarında, dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində yer süpürən insanlar üçün. Onlar üçün döyüş, çempion. Otellərdə tualetləri təmizləyən azyaşlı qızlara görə dərsini ver bu axmağın!

 

Səni xilas edənlər senator, qubernator, prezident deyildi. Səni küçədəki insanlar xilas etdi. İndi sən də küçələr üçün savaş!

 

Bu rinq ikiniz üçün çox balacadır. Bitir onun işini, sifətini parça-parça et. Kasıblar üçün, çempion, kasıblar üçün!

 

Haydı, oğlum, vur yumruqlarını. Məhəmməd Əlini heç kim məğlub edə bilməz. Heç kim! Sadəcə, Kasius Kley məğlub edə bilər, amma o da indi burada deyil.

 

Rəqs et, çempion, rəqs et!"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300