Almaniya Rusiyanın tərəfdaş statusunu ləğv edir
 
Almaniya 2006-cı ildən sonra ilk dəfə hökumətin milli təhlükəsizlik siyasətinin əsaslandığı "Ağ kitab”ı yeniləyəcək.
 
APA-nın "Die Welt” nəşrinə istinadən verdiyi məlumata görə, kitabda əsas dəyişikliklərdən biri Rusiyanın tərəfdaş statusunun dəyişdirilməsi, bu ölkənin Almaniyanın rəqibi qismində əksini tapması olacaq.
 
Almaniya Müdafiə Nazirliyinin hazırladığı 80 səhifəlik sənəddə qeyd edilib ki, Moskva öz maraqlarını güc vasitələri ilə həyata keçirməyə və özbaşına beynəlxalq hüquqla qorunan sərhədləri dəyişdirməyə çalışır. Buna görə də Rusiya "Soyuq Müharibə”dən sonra Avropada sülh və təhlükəsizlik üçün təhdidə çevrilib. Sənəddə vurğulanıb ki, Rusiya kursunu dəyişməsə, gələcəkdə Avropada təhlükəsizlik üçün təhdid olaraq qaralacaq.
 
Sənəddə ümumilikdə Almaniya üçün 10 təhdid sadalanıb. Bu sırada beynəlxalq terrorizm, radikal millətçilik, miqrasiya məsələsi və əhalinin sayının artması ilə bağlı epidemiya riski də yer alıb. Ağ kitab yeni redaksiyada yay tətilinə qədər Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300