Bakıda yol qəzasında sürücünün anası və həyat yoldaşı öldü
 
Meyitlər əraziyə cəlb edilən FHN əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi "İsuzu” markalı 10- TF- 386 dövlət nömrə nişanlı rayonlardan birinə sərnişin daşıyan avtobus qarşıdan gələn 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99-ED-605 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri- 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış maşının içərisində olan 2 sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirildi.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300