'Sovetski' də daha bir tarixi bina təhlükədə: ''Tariximizi silirlər'' (FOTOLAR)
 "Sovetski”də, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarixi əhəmiyyətli
olan arxitektur bina ona bitişik evlər ağır texnika ilə sökülür. 

Musavat.com xəbər verir ki, söküntü zamanı binanın su xətləri sıradan çıxıb,
mənzillərin içərisinə su dolub,  divarlar çatlayıb. 

Söküntünün pərakəndə şəkildə aparılması binada yaşayan sakinləri də
təhlükəyə atır. Bina sakinlərinin təhlükəsizliyi təmin edilmədən söküntü aparılır.
Bu səbəbdən də,vətəndaşlar binanı tərk etməli olublar.

Tarixi əhəmiyyətli binada iki ailə yaşayır. Mənzil sahibi Faiq Əliyev deyir ki,
söküntünün təhlükəli həddə çatdırılmasında məqsəd onları məcburi şəkildə evlərini
tərk etməyə vadar etməkdir: " Binamıza bitişik olan boş evlərdə söküntünü elə
ağır şəkildə aparırlar ki, bizim mənzillərə də ziyan dəyir. Bu gün də, ağır texnika
ilə evləri uçururlar. Yaşadığım dövlət əhəmiyyətli, arxitektur bina qəzalı vəziyyətə
düşüb. Bunu qəsdən edirlər ki, sonradan binamızın dayanaqsız olduğunu əsas
gətirib, sökə bilsinlər”. 

Şikayətçinin sözlərinə görə, icra başçısı ona məsələni mətbuata çıxardığı üçün
hədə-qorxu gəlib: " Dəfələrlə icra başçısı ilə mübahisəmiz düşüb. Kompensasiya
verməmək üçün gah suyu, gah da işığı kəsiblər. İndi də, binanın ətrafını viran qoyub,
bizi didərgin salmaq istəyirlər. Tarixi-memarlıq dövlət əhəmiyyətli binanı uçurmaq,
tariximizi silmək istəyirlər. Mənə qarşı edilən bu cür haqsızlıqlar barəsində isə
mətbuata danışıram. Məhz bu səbəbdən də, məni qınayırlar və qərəzli davranırlar. 

Xatırladaq ki, sözügedən bina 1909-cu ildə tikilib və Nazirlər Kabinetinin tarixi-memarlıq
abidələri siyahısındadır.



 







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300