Turizm və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən rayon şöbələrinə aid qurumların bərbad olması zaman-zaman müzakirə mövzularından olub. Mədəniyyyət saraylarında qoyunların dincəlməsi, it-pişiklərin qonaqlıq verməsi və sair kimi halları təsdiqləyən foto-video faktlar dəfələrlə göstərilib. Amma, bütün bunlara baxmayaraq, hər kəs öz ampulasında, hər kəs öz al-verindədir. Hətta nazir Əbülfəz Qarayev belə nə desə fakt öz sözünü deyir.

 

Reallıq ortadadır.  Neftçala rayonundan redaksiyamıza daxil olan faktlar və şəkillər sadalananları bir daha subut edir. Belə ki, Turizm və Mədəniyyət Nazirliyinin Neftçala rayon şöbəsinə müvəqqəti müdir əvəzi kimi təyin edilən Elmira Kazımova bu şöbəni talayıb çapmaq kimi bir vəzifəni öz qarşısına məqsəd qoyub. Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerdə aparılmış yoxlamalarla şöbənin işində xeyli qüsur və nöqsanlar aşkar edilməsinə baxmayaraq, bu Elmira Kazımova öz işindədir. Üstəlik bildirir ki, "nə qədər nazirlikdə yüksək vəzifə sahibi olan Mərdan adlı şəxs varsa mənə zaval yoxdur, üstəlik rayon icra başçısının müavini Gültəkin Sadıqova da mənim arxam və dayağımdır".

 

Kimdir Gültəin Sadıqova? Birinci müavin postuna necə sahib olub? Onu kim qoruyur? Bu barədə yaxın günlərdə oxuyacaqsınız. Daha bir maraqlı məqam isə şöbənin tabeçiliyində olan Uşaq İncəsənət və Musiqi Məktəbindəki müəllimlərin əmək haqqları «fond pulu», «təmir pulu», «bayram pulu» və sair adları altında talan edilərək Elmira xanımın cibinə axıdılır.

 

Etiraz edənlərə isə bildirilir ki, bu pullar icra başçısının müavininin birbaşa göstərişi əsasında yığılır və bunun arxasında şəxsən o özü dayanır. Rayon mədəniyyət şöbəsinin tabeçiliyində adı olub özü olmayan Tarix Diyarşünaslıq Muzeyi var ki, onun Rövşən Həsənov adlı gözə görünməz rəhbəri var. Onun da tabeçiliyində işçilərin əmək haqqlarının 50 %-i Elmira xanımın cibinə yönəldilir. Ümumiyyətlə, Elmira Kazımova barəsində çox danışıb yazmaq olar.

 

Onun öz şöbəsindəki «ölü canlardan» şöbəyə ayrılan inventar və avadanlıqların satışından əldə olunan «mənfəət» və sairdən danışmırıq. Mənbə bildirir ki, Rayon Mədəniyyət şöbəsinin müdir əvəzi Elmira Kazımovanın fəaliyyəti ciddi araşdırılarsa onu həbs gözləyir. Elmira xanımın əyləşdiyi Rayon Mədəniyyət və Turizm idarəsinin arxa hissəsinin fotogörünüsünü oxuculara və Mədəniyyət və Türizm naziri Əbulfəz Qarayevə göstərək ki, rayonda mədəniyyətin hansı səviyyədə olduğunu gösün. Görsün ki, onun rayon mədəniyyətini etibar etdiyi adam hansı əməl sahibidir.(biziməsr)

 

Uluyol.info

 

IMG-20160602-00100 IMG-20160602-00101 IMG-20160602-00102 IMG-20160602-00103 IMG-20160602-00104 IMG-20160602-00105

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300