Almaniya Türkiyənin atacağı addımlardan narahatdır
 
Almaniya Bundestaqın soyqıırm qərarından sonra Türkiyə ilə hərbi əməkdaşlığın zədələnə biləcəyindən narahatdır.

Musavat.com-un Türkiyə və xarici mediaya əsasən verdiyi xəbərə görə, Almaniya bu qərardan sonra Türkiyənin bundan sonra atacağı addımları izləyir. 

"Spiegel online"-nın Almaniya Müdafiə Naziriliynin rəsmilərinə əsaslanan xəbərində Türkiyənin Almaniya ilə birlikdə icra edilən layihələrə, xüsusilə "İncirlik" hərbi bazasındakı "Tornado"lara (döyüş-kəşfiyyat təyyarələri) problem yaradılacağından və Ege dənizində Suriyadan, İraqdan gələn miqrantlara qarşı mövcud olan NATO patrullarının işinin əngəllənəcəyindən böyük narahatlıq ifadə edilir.

"Spieger online" Almaniyanın müdafiə naziri Ursula fon Derin cümə axşamı baş tutan səsvermədən öncə hərbi rəsmilərlə görüşdüyünü yazıb. Görüşdə Türkiyənin NATO üzvü olmasına rəğmən Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın bundan sonra necə davranacaqlarının məchul olduğu bildirilib.

Almaniyanın "Tornado" kəşfiyyat təyyarələrinin İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda "İncirlik" hərbi bazasından istifadə etdiyini yazan qəzet hadisələrin inkişafının maraqla gözlənidliyini yazıb.

Qəzet Egey dənizində miqrantlara qarşı həyata keçirilən əməliyyatlarda, onsuz da bu məsələdə güclə yola gətirilən Türkiyənin bundan sonra daha həvəssiz davranacağını və bunun Avropanın miqrant problemini ağırlaşdıra biləcəyini vurğulayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300