İcra başçısı şəhid qızının işdən çıxarılması göstərişini verdi-ŞOK
 
Neftçala rayonunda məmur özbaşınalığı artıq pik nöqtəyə çatıb. Rayonda sayı bilinməyən obyektlərin sahibi olan, hektarlarla torpaqları mənimsəyən, ucu-bucağı bilinməyən əkin sahələrini zəbt edərək milyonlar qazanan icra başçısı artıq özünü rayonun şahı elan etməyə başlayıb.

Bütün bunlar azmış kimi, rayona nəzarəti itirən, başı yalnız pul qazanmağa qarışan İsmayıl Vəliyev indi də şəhid ailələrini hədəfə alıb. İcra başçısı bəzən müqəddəs və yazılmayan qaydaları pozmaqla rayonda ciddi narazılığı yaranması üçün əsas yaradıb. Belə ki, Neftçaladan daxil olan məlumata görə, İsmayıl Vəliyev idarələrdən birində az əmək haqqı ilə də olsa işləyən, ailəsini çətinliklə də olsa dolandıran şəhid qızının işdən çıxarılması ilə bağlı göstəriş verib.
 
Bu millətə və insanlığa yaraşmayan bir haldır. Maraqlıdır, icra başçısı vətən, dövlət, millət yolunda hətta canından keçən şəhid ailələrinin cüzi əmək haqqı ilə işlədikləri yerə də tamah salıb? Yoxsa, bunun adını nə qoyaq, İsmayıl Vəliyev? Atası şəhid olan bir xanımı işdən çıxarmaq, ac qoymaq hansı insani qaydalara sığır? Budurmu dövlətin sizin kimi icra başçısına verdiyi tapşırıq? Yoxsa, vətən, millət yolunda canından keçən insanların ailə üzvlərinə diqqətin artırılmasımı? Yəqin ki, bu barədə aidiyyatı qurumlara məlumat veriləcək...
Yaxın günlərdə daha ətraflı məlumat verəcəyik. (Qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300