İyunun 3-də Borçalı İctimai Cəmiyyətinin 8-ci konfransda seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Üzvlərin əksəriyyətinin iştirak etdiyi İclasda ilk məsələ konfransın qərarlarının icrası ilə bağlı olub. İdarə Heyətinin üzvü Əlləz Ovçiyevin sədrliyilə Ağsaqqallar Şurasının və Hüquq şöbəsinin yaradılması mexanizmini araşdıraraq bu məsələ üzrə müvafiq qərar çıxarıb. 
Konfransda Cəmiyyətin nizamnaməsinə dəyişikliklər haqda çıxarılmış qərarın icrası hüquq şöbəsinə həvalə olunub. Elat Bayramına hazırlıq üzrə işçi qrupun yaradılması da İH-nin iclasının müzakirə etdiyi məsələlərdən olub.
İclasda İH üzvlərinin vəzifə bölgüsü müəyyən edilib. Borçalı Cəmiyyətinin İH-nin 3 iyun tarixli qərarı ilə Osman Əhmədoğlu Cəmiyyətin Gürcüstan təmsilçisi, Ramiz Həsənov Təşkilat məsələləri üzrə, Sabir Aşurov Maliyyə məsələri üzrə, Mahmud Hümmətov Humanitar məsələlər üzrə, Rüfət Muradlı İctimaiyyətlə əlaqələr üzrə sədr müavinləri , Qiymət Məhərrəmli İH-nin katibi, Firudin Qurbanov Rəsmi Dövlət qurumları ilə iş üzrə müşavir təyin olunmuşlar. 
Sonra Cəmiyyətin iyun ayı üçün iş planı müzakirə olunmuşdur. İyun ayının 12-də İsaxan Aşurovun xatirəsinə güləş turnirinin keçirilməsi, ayın 24-də sayca üçüncü Təbriz Gecəsinin və Doktor Cavad Heyət mükafatının təqdimat mərasiminin , eləcə də Elat Bayramı ilə bağlı işçi qrupun iclaslarının keçirilməsi və yaxın günlərdə İH üzvlərinin Borçalıya səfər proqramı haqda qərar qəbul olunmuşdur.
Eyni zamanda Idarə Heyəti Almaniya Bundestaqının erməni soyqırımını tanıma qərarı  ilə bağlı narahatlıq ifadə edən bəyanat qəbul etmişdir. 
Bəyanatda deyilir: - Almaniya Bundestaqı 02 iyun 2016-cı il tarixində tarixi yanlışlığa yol verərək 1915-ci ildə baş verən hadisələri təhrif edərək  saxta erməni iddialarına əsasında "soyqırım” kimi tanınması haqda qərar qəbul edib. 1915-ci ildə baş verənlərlə bağlı Türkiyə Cumhuriyyətinin haqlı iddiasına uyğun olaraq etimadlı tarixçi alimlərin tədqiqatı  və Beynəlxalq məhkəmələrin rəyi olmadan Almaniya Bundestaqının bu qərarının heç bir əsası yoxdur. Bu qərar siyasi xarakterli və bəlli qrupun konyuktur maraqlarının təmininə hesablanan əsassız qərar olmaqla, həm də ciddi təhdid mənbəyidir. "Borçalı” Cəmiyyəti Avroasiya sərhəddində baş verən bu bu tarixi yanlışlığın Avropa və orta şərq regionu üçün əlavə gərginlik ocağı yaradaraq ayrı-ayrı maraq qruplarının bölgəyə daxil olmasına və konflikt şəraitinin daha da artmasına səbəb olacağı, eyni zamanda Qafqazda demokratiyanın və regional təhlükəsizliyi təhlükə ilə üz-üzə qoyacağı qənaətindədir. "Borçalı” Cəmiyyəti bu qərarı pisləməklə Türkiyə Cumhuriyyətinin xarici siyasətində bu boşluğun doldurulması üçün daha təsirli tədbirlər görməyə, Azərbaycan rəsmilərini isə Türkiyənin yanında olmağa, səyləri birləşdirərək gələcəkdə bunun daha ağır nəticələr verəcəyinin qarşısını almağa dəvət edir.
İclasın sonunda cari məsələlər də müzakirə olunub.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300