"Almaniya Bundestaqının saxta soyqırımı barədə qətnamə qəbul etməsi çox ciddi səhvdir. Bu həm siyasətin elmə, tarixə qarışması, həm tarixin saxtalaşdırılması, həm də ikitərəfli və çoxtərəfli münasibətlərə xələl gətirən bir addımdır”.

Modern.az saytının xəbərinə görə, bunu MSDM-in sədri İsa Qəmbər bildirib. Onun sözlərinə görə,  Azərbaycan dövləti və xalqı hər zamankı kimi Türkiyənin yanında olmalı və bu ədalətsiz qərara etirazını bildirməlidir.

"Eyni zamanda biz bu yanlış qərarın səbəblərini, motivlərini araşdırmalı, bu səbəb və motivləri də neytralllaşdırmalı və aradan qaldırmağa çalışmalıyıq”

Ötən gün Almaniya parlamenti qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Bundan sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu geri çağırılıb.

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O, Almaniyanın addımının ikitərəfli əlaqələrə ciddi təsir edəcəyini bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də Almaniya Bundestaqının qərarını pisləyib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300