Göyçay rayonu Natəvan küçəsi ev 7 mənzil 52 sakini Əliyev Balaseyid Seyidağa oğlu tərəfindən Uluyol.info-nun elektron ünvanına gələn şikayət mətubun təqdim edirik:
 

"Mən bu müraciətimi mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova edirəm.
 
Hörmətli şəxslər, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovun barəsində bir neçə müddətdir gedən rüşvət alma, korrupsiya faktlarını əks etdirən video görüntülərdən sonra o dahada azğınlaşıb məni və ailəmi təhdid edib.Belə ki, həmin video görüntülərin birini mən çəkməyə məcbur olmuşdum.Anadan gəlmə beyin iflici xəstəsi olan nəvəm Əliyeva Xədicə Kamil qızına əlilik dərəcəsi təyin edilmişdir .Buna dair sənədin verilməsi üçün Göyçay rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində məndən rüşvət istənildi.Kasıbçılıqla dolanırdım məcbur olub borc edib həmin rüşvəti aparıb onlara verən zaman bunu video lentə aldım.
 
Bu video lent mətbuatda nümayiş etdiriləndən sonra rüşvəti alan oranın müdiri Aqşin Qafurovu və Esmira adlı əməkdaşıni işdən çıxarıldı.Ancaq əsil korrupsioner Aqşin Qafurovu cinayət məsuliyyətinə cəlb etmədilər.Hansı ki, ortada olan 3 video çəkiliş əsas verir ki, Aqşin Qafurov, Fuad Seyidov və Esmira xanım cinayət məsuliyyətinə cəlb edilib həbs edilsinlər.Niyə araşdırılmadı ki, Esmira xanım məndən nə üçün rüşvət alııb, oranın əməkdaşı Fuad Seyidovun anası başqalarına məxsus sosial yardım kartları ilə bankomatdan pullar çıxarır, Aqşin Qafurov minlərlə baş qoyun sürüsünü. milyon manatdan çox qiyməti olan villaları haradan əldə edib,azyaşlı uşağı qanunsuz əməyə nə üçün cəlb edib?
 
Əksinə Aqşin Qafurov işdən çıxarılsada hər gün həmin idarədə müdir kabinetində əyləşir.Hətta yaxınlarına deyib ki, mənim arxamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Əjdər Ol dayanıb.Pulumu vermişəm yaxın günlərdə yeni yaradılacaq mərkəzə müdir təyin ediləcəm.Mənə isə hədə göndərib ki, səni həbs etdirəcəm, biz böyük nəsilik.Mən indi qorxu içərisində yaşayıram.Bu adam çox qorxulu bir tipdir.Sizdən xahiş edirəm bu məsələni araşdırıb ciddi tədbirlər görəsiniz.Artıq bu korrupsiya cinayəti barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə teleqram və şikayət ərizəsi göndərmişəm.Ümüd edirəm bu korrupsioner dəstəni tez bir zamanda həbs edəcəklər".
 
ULUYOL.İNFO
 
Uluyol.info
 Uluyol.info
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300